Əslən Azərbaycandan olan İradə Əyyubova Tatarıstanın mədəniyyət naziri təyin edilib.
XALQ.AZ xəbər verir ki, bu barədə əmri Tatarıstan Prezidenti Rüstəm Minnixanov imzalayıb.
Qeyd edək ki, Əyyubova əvvəllər Tatarıstan Arxiv İşləri Dövlət Komitəsinin rəhbəri olub. Bakıda anadan olan Əyyubova Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ailəlidir, bir qızı var.