Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.
Həmin vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.
Bu haqda məlumatı Oxu.Az-a Pirallahı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
A.Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, Anara Hacıbəyli ailəlidir və iki övladı var.