Bu gün ARB telekanalının "Səhər-səhər" verilişində saxta yas mərasimi qurulub.
Verilişin aparıcılarından olan müğənni Əli Mirəliyev "ölü" obrazı yaradıb. Aparıcı qibləyə tərəf uzadılıb və onun üçün mərsiyə oxunub. Verilişin qonaqlarından olan müğənni Dilarə Kazımova isə zarafatla "gəlin bunun şərəfinə içək" deyib. Digər qonaq isə mərasimin mollası kimi çıxış edib.
Bütün bu məsələlərə tamaşaçılar sərt reaksiya göstərib.Onlar yaradılan şoudan şikayətlənərək, dinin belə oyuna çevrilməsinə etiraz ediblər.
Məsələ ilə bağlı dini ekspert Elşən Sultanzadə Open.az-a danışıb:
"Bu din deyil, insanların inancına lağ etməkdir. Belə hərəkətlər günahdır, hətta biabırçılıqdır. Verilişi gənclər izləyir və tamamilə onların inancına zərbədir. İnsanları ələ salırlar. Başqa nə ad qoymaq olar? Dini ələ salmaq, Allahı ələ salmaqdır. Din insanları idarə edən sistem və vasitə deyil, din insanları kontrolda saxlayan addır. Bizdə isə din artıq kontroldan çıxıb. Sabah başqa verilişdə daha betər problemlər yarana bilər".