Sürücülər 3 km yolu qət edəndən sonra sola dönə bilirlər
Yolda qırıq xətt olmadığından sürücülər təxminən 3 kilometr yolu qət edib sola dönmək məcburiyyətində qalırlar. Avtosfer.az.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Gilavar küçəsində yaşayan sakinlər belə problemlə qarşılaşbılar. Onların sözlərinə görə, həyətlərindən əsas yola çıxıb, Novxanı şosesi istiqamətinə getmək üçin yolda heç bir dönmə yeri yoxdur. Yola qoşa xətt çəkildiyindən vətəndaşlar Binəqdi rayonunun mərkəzi küçəsinə gedib, oradan dönmə əməliyyatı edirlər. Bu isə, xüsusən axşam vaxtlarında həmin ərazidə tıxacın yaranmasına gətirib çıxarır. Orada yaşayan sakinlərin istəyi isə bu yolda qırıq xəttin çəkilməsidir.
Ərazidə çəkiliş apardığımız zaman həqiqətən də yaşayış evləri boyunca sola və geriyə dönmək üçün yolda qırıq xəttin olmadığının şahidi olduq.
Sakinləri narahat edən digər bir məsələ isə bu yolda piyada zolağının silinməsi və sürücülərin piyadalara yol verməməsi səbəbindən tez-tez qəzaların baş verməsidir.
Problemlə bağlı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirdi ki, sabahdan əməkdaşlar əraziyə baxış keçirəcək və problemin aradan qaldırlıması üçün konkret işlər görüləcək.