Vaşinqtonda pilot İsrail səfirliyi önündə özünü yandırıb


Amerikalı pilot İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırıb.
 
Bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, dünən Vaşinqtonda İsrail səfirliyi yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi özünü yandırıb. Həmin şəxs özünü Aron Başnel kimi təqdim edib.
 
"Daha sonra səsyazma cihazını yerə qoyur, üzərinə naməlum maye tökür və özünü yandırır, bunu edərkən "Fələstini azad edin" deyə qışqırır. Polis yanğınsöndürənlərlə alovu söndürməyə çalışarkən o yıxılır" - CNN yazır.
 
Məlumata görə, həmin şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.