Dövlətin milyonlarını mənimsəyən Ramazan Mirzəyev – Nadir Qarayev cütlüyü niyə cəzasız qalıb?

Medianı susduran Rəşad Ağayev kimə xidmət edir?

Bir aya yaxındır ki, Maliyyə nazirliyinin (Dövlət Xəzinədarlıq Agentliyi) 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayevin Bakı meriyasının ildə onlarla layihələrin həyata keçirilməsi üçün önə çıxartdığı tenderlərdən mənimsənilən milyonlarla dövlət vəsaiti haqqında mediada yazılar dərc edilir. Realliqinfo.org saytının qeyd edtdiyi kimi həmin yazıları mediada və ya saytlarda yoxa çıxaran Rəşad Ağayevin faktları gizlətməyə çalışması başadüşüləndir.

Rəşad Ağayev tenderlərin qanunsuz yolla qalibi olan Ramazan Mirzəyevin “gizli kassası”dır. Bu şəxs bir sıra saytlarda dərc olunan yazıları Ramazan Mirzəyevin tapşırığı ilə sildirə bilib. Bunun üçün dövlətdən oğurlanan milyonları xərcləməyə ehtiyac duyulmayıb. Əksinə Mirzəyevin büdcəsinin qəpik – quruşu ilə həyata keçirilən prosesin arxasında dayanan məqamlar başqadır.

İlk öncə qeyd edək ki, 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev uzun illərdir ki, Bakıda həyata keçirilən layihələrin Ramazan Mirzəyevə verilməsinə nail olub. Bundan başqa, Nadir Qarayev layihələrin həyata keçirilməsi üçün büdcədən ayrılan vəsaitlərin yarı faizinin sahibi olub. Məhz onunla şəriklik edən Ramazan Mirzəyev bu səbəbdən tenderlərin qalibi olub. Hətta Hacı Mirzəyevin şou əhlinin bəzi nümayəndələri ilə sıx münasibətdə olması və onlara böyük hədiyyələr bağışlaması onun milyonçu olmasına işarədir.

Dövlətin milyonlarını mənimsəyən Ramazan Mirzəyev – Nadir Qarayev cütlüyü niyə cəzasız qalıb?

Bakı şəhər rayonlarından birinin icra hakimiyyətinin məsul şəxslərindən Realliqinfo.org-a verdiyi məlumatda qeyd olunurdu ki, onlar rayonda görülən işlərlə bağlı Ramazan Mirzəyevin sahibi olduğu şirkətlərlə işləməkdən imtina ediblər. Buna səbəb olaraq R.Mirzəyevin icra hakimiyyətləri ilə xüsusi tələblə işlədiyi vurğulanırdı. Burdan məlum olur ki, Bakı meriyasının rəhbərliyi tərəfindən dəstəklənən “Tender kralı”nın Maliyyə nazirliyinin Nadir Qarayevi ilə işləri qura bilib. Nəticədə təmir-tikinti işlərilə bağlı ortaq hərəkət etdiklərindən Nadir Qarayev hər zaman Ramazan Mirzəyevi müdafiə edir, onun üzləşdiyi problemləri dərhal həll edir. Bu arada, Ramazan Mirzəyevin Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdə nəhəng biznes obyektləri, daşınmaz əmlakları, ticarət obyektlərinin olduğunu iddia edən mənbə Realliqinfo.org –a bildirib ki, onun oğlanları da atasının yolunu gedərək təmir-tikinti işlərilə məşğul olurlar:”Deyilənlərə görə, Hacı Ramazanın oğlanları hələ xeyli cavan olsalar da, artıq onların adına müxtəlif firmalar mövcuddur. Onlar da təmir-tikinti işlərilə məşğul olurlar. Ramazan Mirzəyevin oğlanlarının da dəyəri milyonlarla olan bağ evləri, obyektləri, biznes strukturları var”.
Dövlətin milyonlarını mənimsəyən Ramazan Mirzəyev – Nadir Qarayev cütlüyü niyə cəzasız qalıb?


Məlumatlı mənbə həmçinin, onu da qeyd edir ki, Ramazan Mirzəyevin hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovla da sıx əlaqəsi olub: “Belə ki, onlar iş ortağı olublar. Bundan başqa, Hacı Ramazan, Vidadi Zeynalovun sağ əli kimi xarakterizə olunub. Onu da nəzərinizə çatdırım ki, Ramazan Mirzəyev bir müddət əvvəl Vidadi Zeynalovla birlikdə böyük torpaq sahəsi alıb. Deyilənlərə görə, alqı-satqı işini həbsdə olan sabiq məmurun sağ əli kimi tanınan Ramazan Mirzəyev həyata keçirib. Belə ki, o Xətai rayonu, Babək prospektində «Akpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 45 sot torpaq sahəsi üçün 4,5 milyon manat ödəyib. Deyilənə görə, Hacı Ramazan həbsdə olan Vidadi Zeynalovla birlikdə həmin ərazidə böyük ticarət obyekti tikdirməyi planlaşdırır. Bu isə o deməkdir ki, Vidadi Zeynalov həbsdə olmasına baxmayaraq, biznes layihələrindən əl çəkmək istəmir”.

Realliqinfo.org – un araşdırmalarından məlum olub ki, MTN işinə görə həbs olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov da Ramazan Mirzəyevlə şərikli işlər görüb. Sabiq MTN şefi Eldar Mahmudovun yaxın qohumu olan Beytulla Hüseynovun cinayət işində Nadir Qarayev və Ramazan Mirzəyevin adı hallanıb. Lakin bu məmurların milyonlarla dövlət vəsaitini mənimsəmələrinə baxmayaraq onlar cəzasız qalıb. Bu barədə növbəti yazıda.
Dövlətin milyonlarını mənimsəyən Ramazan Mirzəyev – Nadir Qarayev cütlüyü niyə cəzasız qalıb?


Medianı susduran və faktların ictimailəşməsinin qarşısını alan Rəşad Ağayevin Ramazan Mirzəyevə məxsus "Məmmədoğulları"MMC - yə məxsus ofislərə və şirkətlərin maliyyə işinə nəzarət etdiyi haqqında yazılanlar həqiqəti əks etdirir. Görünən o ki, şəriklər dövlətdən oğurladıqlarını mediadan gizlətməyi bacarmasalar da faktların dövlətin rəsmi qurumlarına çatdırılmasının qarşısını almaq üçün çalışırlar. Bu mənada "qara kassa" Rəşadın üzərinə böyük yük düşür. Lakin bəzən mediada baş verənlər çaşdırıcı fikirlər formalaşdırır. Belə ki, Rəşad Ağayevin yaxın adamlarına məxsus saytlarda bəzən Nadir Qarayev və Ramazan Mirzəyevdən tənqidi yazılar dərc olunur. Bir neçə saatdan sonra isə yazılar silinməyə başlanır. Belə nəticəyə gəlmək olur ki, Rəşad da öz maraqlarını həyata keçirtmək üçün Ramazan - Nadir cütlüyündən oğurlamağı bacarır.

Etibarlı mənbədən Realliqinfo.org- a daxil olan məlumatda bildirilir ki, Nadir Qarayev və Ramazan Mirzəyev cütlüyünün bu qədər maliyyə saxtakarlığına baxamayaraq cəzasız qalmalarının səbəbi onların daha yuxarıda təbəqədən dəstək almasıdır. Mənbə bildirir ki, Maliyyə nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin rəhbəri Nadir Qarayevi qorumaqla məşğuldur. Buna səbəb kimi agenlik rəhbərliyinin baş verən mənimsəmələrdən yararlanması göstərilir. Nadir Qarayevin də Ramazan Mirzəyevi qoruya bilməsi zəncirvarı maliyyə maxinasiyalarının baş verməsinə şərait yaradıb.
Araşdırmalarımız davam edir.