Cəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Natiq Zeynalov kadr dəyişikliyi edib.
AzBaku.info modern.az-a istinadən məlumatına görə, icra başçısı iki müavinini işdən çıxarıb. Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.
N. Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib.
Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.
Kadr dəyişikliyini Cəlilabad rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.
Xatırladaq ki, Natiq Zeynalov ölkə başçısının 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.