Ərdoğan Bərzaninin xahişini rədd etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İlə görüşməkdən imtina edib.Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələrdən məlum olub.

Qeyd olunur ki, M.Bərzani İraqın kürd muxtariyyətində müstəqillik haqqında referendumun keçirilməsindən sonra R.T.Ərdoğanla görüşün keçirilməsini xahiş etmişdi.
Xatırladaq ki, İraqın kürd muxtariyyətində müstəqillik haqqında referendum sentyabrın 25-də keçirilib.