Dünyanın ən nüfuzlu qadını seçildi

“Forbes” jurnalı ardıcıl olaraq yeddinci dəfə Almaniya kansleri Angela Merkeli ilin ən nüfuzlu qadını adlandırıb.

AzBaku.info-nun xəbərinə görə, bu barədə nəşrin internet saytında bildirilir.

“Almaniya dünyada qadının idarə etdiyi ən böyük ölkədir”, - “Forbes” qeyd edir.

Siyahıda ikinci yeri Böyük Britaniyanın baş naziri Tereza Mey tutub. ABŞ prezidenti vəzifəsinə sabiq namizəd Hilari Klinton ikinci yerdən 65-ə düşüb. Ağ Ev rəhbərinin qızı İvanka Tramp isə 19-cu olub.