Xoşbəxt Yusifzadənin “elektriçka” əhvalatı: “Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar” - VİDEO


Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə həyatı ilə bağlı maraqlı əhvalat danışıb.


Həmin əhvalatı təqdim edirik:

“Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdə idi. Heç gedib-gəlmək olmurdu. Gördüm, bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım.