Ulu Öndər Heydər Əliyev deyirdi: Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz. Həqiqət baş verənin məhz özü olduğu üçün Ulu Öndər bu qənaətə gəlmişdi. Həqiqət real olanın təzahürüdür. Bu zaman Tanrı Peyğəmbərinin (s.ə.s) kəlamı yada düşür: «Rəbbim mənə vacibatları yerinə yetirməyə fərman verdiyi kimi, xalq ilə mehriban rəftar etməyimi də əmr etmişdir.» İnsanlarla rəftar fərdin insanlığının göstəricisidir. Bəzən həqiqətin üstünü örtməyə cəhdlər olur. Lakin həqiqət qızıl kimidir. Pas tutmadığı kimi, nə vaxtsa yenidən parıldamaq ehtimalı da olduqca yüksəkdir. Təsadüfi deyil ki, xoş xasiyyət, vicdanlı insanlar üçün də eyni ifadə işlənir: Filankəs qızıl kimi adamdır.
Dövlət vəzifələri həm də Allahın əmanətidir. Vicdanlı insanların əmanətə xəyanətlə bağlı düşüncələri olmur. Çünki əmanət qutsaldır. Mövcud Azərbaycan hakimiyyətində də belə şəxslər var. Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov insanlığın pikini fəth etmiş şəxslərdəndir. Gömrük ölkənin qapısıdır. Şərqdə qapı həmişə kişilərin nəzarətində olub. Şərq kişisi üçün qapı həmdə onun məhrəmidir. Elə ona görə də şərq kişisi öz məhrəmini həmişə pak saxlayır. Çünki şərq kişisinin qapısından bayıra açılan mənzərə onun kimliyinin göstəricisidr. General Vüsal Novruzov dövlətin ona etibar etdiyi vəzifəni əslində müqəddəs əmanət olaraq icra edir. Ulu Öndər deyirdi ki: İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır. Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov əbədiyyəti sağlığında, hətta gənc yaşlarından haqq etmiş şəxsiyyətdir. İdarəçilkdə Heydər Əliyev prinsiplərinə söykənən general üçün əsas prioritet məsələ öncə insan amilidir. Bu Ulu Öndər yanaşması, möhtərəm Prezident cənab İlham Əliyevin fəaliyyətinin qızıl xəttidir. General çox gözəl bilir ki, onun rəhbərlik etdiyi qurum əslində ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinin həyata keçməsində əhəmiyyətli rol oynayan sahələrdən biridir. Çünki ölkələrin dünyadakı yerini təyin edən faktorlardan biri də onun real ixrac, idxal potensialıdır. Məhz bu amili əsas götürən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov hər bir fermer, iş adamı üçün qızıl ortam yaradıb. Sədaqət, vicdanlılıq, ədalət, doğruluq və vətənə xidmətdir bu qızıl ortamın adı. Cənab general üçün vətəndaşa xidmət ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsini ilə paralel, həm də məqsəddir. Təsadüfi deyil ki, cənab Vüsal Novruzov onunla görüşmək istəyən bir nəfəri belə bu istəkdən məhrum etmir. Əksinə, ona müraciət edən vətəndaşı səbrlə dinləyir və ən xırda detalı belə nəzərdən qaçırmadan dərhal reaksiya verir. Vüsal Novruzovun fəaliyyətinin əsas istiqamətlərindən biri də qüsursuzluqdur. Həzrəti Əli (ə) deyirdi: Kiçik günahlarını, günah hesab etməyənlər ən böyük günahkarlardır. Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun rəhbərlik etdiyi qurumda çalışanlara daim ən böyük tövsiyyəsidə budur: Çalışın nöqsanınız olmasın. Hətta o nöqsan kiçik olsa belə. Çünki hər şey kiçikdən başlayır.
Ulu Öndər deyirdi ki: "Gərək nəbzin Vətənin nəbzi ilə vursun." Vətən insanların bəlli sərhədlər daxilində yaşadığı çoğrafi ərazidir. Tarixi şəxsiyyətin bu kəlamından yola çıxsaq görərik ki, general Vusal Novruzovun yalnız xidməti fəaliyyətinin deyil, o cümlədən yaşamının, həyat kredosunun əsasını da, Vətənə xidmət təşkil edir. Belə insanlar üçün həyatda tək bir amal var: İnsanlığa hörmət, xalqına və ölkəsinə.xidmət. Cənab general üçün yaşamaq insanlığa xidmət etmək üçün bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək üçün bir vasitədir. Daha doğrusu onun həyata baxışında zaman və məkan insanların özünü təsdiqi üçün verilmiş şansdır. General bu şansı peşəkarlıqla dəyərləndirməyi bacarır.
Cənab Novruzovda insanlığa olan bu tükənməz sevgi Yaradana, Vətənə, Dövlətə ilahi və əbədi məhəbbətdən qaynaqlanır. Həyat kredosunun formulu kimsənsə, elə də olmalısan prinsipinə əsaslanan general, sağlığında heykəlləşən şəxsiyyətlərdəndir. Azərbaycan dövlətinə, xalqına xidmət müqabilində genaral Vüsal Novruzovun qazancı isə əbədi xalq məhəbbətidir. Vicdanlı insanların düşüncəsində isə ondan böyük dəyər yoxdur. Ulu Öndər deyirdi ki: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir." Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun nüfuzunun, kreativ idarəçiliyinin əsas güc qaynağı məhz taleyini xalqının, vətəninin taleyinə çevirməyidir. Biz bir qrup iş adamı olaraq Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzova tükənməz enerji, həyat gücü və Azərbaycanın rifahı naminə olduqca məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulyırıq.