“Real”, yoxsa “Liverpul”?

Bu gün futbol üzrə Çempionlar Liqasının qalibi 2017/2018 mövsümünün qalibi müəyyənləşəcək.

Oxu.Az-ın məlumatına görə, turnirin final gecəsində İspaniyanın “Real” və İngiltərənin “Liverpul” komandaları qarşılaşacaqlar.

Kiyevin Olimpiya stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Turnirin son iki mövsümünün qalibi olan kral klubu Ukraynaya tam heyətlə yollanıb.

“Liverpul”da isə müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.

Mersesaydlıların türk yarımmüdafiəçisi Əmrə Can isə zədəsini sağaldıb və görüşün iştirak ərizəsinə salınıb.