İmişli RPŞ-nin rəis müavini Habil Ağayev əməllərinə görə paytaxta çağırıldı, Şükür Aslanov isə şikayətçiləri susdurur

”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovla, İmişli RPŞ-nin rəis müavini Habil Ağayev həm də qudadırlar.

"Habilin vəziyyəti yaxşı deyil, xahiş edirəm onunla bağlı şikayətini geri götür". İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumatda qeyd edilir ki, yuxarıdakı cümlə ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanova məxsusdur. "Ötən gündən Habil Ağayevdən narazı olan şəxslərin bir-bir qapısına gedərək İmişli RPŞ-nin rəis müavinini bağışlamalarını xahiş edən Şükür Aslanov, nəhayət bir neçə nəfəri şikayət etməkdən çəkindirə bilib. Burada müxtəlif amillər də rol oynayır." - deyən mənbə, əlavə olaraq bildirdi ki, ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovla, İmşli RPŞ-nin rəis müavini Habil Ağayev həm də qudadırlar. Belə ki, Şükür Aslanovun qızı, Habil Ağayevin oğluna nişanlanıb.

Oxucuların nəzərinə çatdıraq ki, İmişlidəki mənbədən daxil olan məlumatlar əsasında BakuNews.az-ın dərc etdiyi araşdırmalarda ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovun, İmşli RPŞ-nin rəis müavini Habil Ağayevin və adı bir zamanlar "MTN işi"ndə hallanan, əslən İmişli rayonundan olan, tərəfdarlarının tikinti kralı adlandırdıqları Əvəz Şükürovdan ibarət qrup, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, "İmişli Pambıq" ASC-nin sabiq direktoru Məmi Atakişiyevə məxsus, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsini ələ keçiriblər. Qrupun özününküləşdirdiyi torpaq sahəsi dərhal yerli icra hakimiyyətinin müvafiq sərəncamı ilə Habil Ağayevin oğlunun, yəni Şükür Aslanovun kürəkənin adına sənədləşdirilib. Xatırladaq ki, sənədləşmə əməliyyatının dərhal icra olunması”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisinin hər kəslə dil tapmaq bacarığından irəli gəlir. Bir neçə gün öncə mətbuatında dərc etdiyi məşhur "toy əhvalatı" hələ də yaddaşlardadır.

Ötən gün axşam saatlarında BakuNews.az-la əlaqə saxlayan mənbə bildirdi ki, İmşli RPŞ-nin rəis müavini Habil Ağayev son hadisələrlə bağlı paytaxta çağrılıb. Mənbənin bildirdiyinə görə rəis müavininin vəzifəsində qalmaqla bağlı vəziyyəti o qədər də ürəkaçan deyil. Zaman - zaman xidməti vəzifəsindən sui - istifadə edən Habil Ağayevlə bağlı daxil olan şikayətlər rəis müavininin vəzifə olimpinin sonu ola bilər. Mənbənin bildirdiynə görə İmşli rayon polis şöbəsinin rəis müavini, polis polkovnik - leytenantı Habil Ağayevin qanunsuz əməllərinə və özbaşınalıqlarına görə təcili paytaxta çağırılmasının səbəblərindən biri də, ona qarşı PA-da hazırlanan planın işə düşməsidir.

Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Redakisya yazıda adı çəkilən şəxslərin və təşkilatlarında mövqelərini dərc edə bilər.

\