Rusiyadakı dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Rusiyanın Domodedovo şəhərindəki dəhşətli qəzanın görüntüləri təhlükəsizlik kameralarına əks olunub.

Oxu.Az xəbər verir ki, görüntüləri Ren TV yayıb.

Hadisə Kaşirsk magistralında baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü üç yeniyetmə xəsarət alıb.

Kadrlardan görünür ki, avtomobil digər maşınla toqquşmamaq üçün səkiyə çıxır və burada dayanmış yeniyetmələri vurur. Ağır xəsarət alan yeniyetmələr xəstəxanaya çatdırılıb