Azərbaycanda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.