Ziya Məmmədovun Bakıdakı villası yanır

Bakıda "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.

AzBaku.info qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.

Şahidlərin verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.