İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.
“Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir”, - deyə, məlumatda bildirilir.