Bakıda ağır yol qəzası: Yük maşını aşdı, xəsarət alan var - VİDEO

“Mercedes” markalı minik avtomobilinə də ziyan dəyib[quote][/quote]
Paytaxtda ağır yol qəzası baş verib.

Balaxanı yolu adlanan ərazidə diqqətsizlik ucbatından baş verən qəzada yük maşını aşıb. Hadisə yerindən olan görüntülərdən aydın olur ki, “Mercedes” markalı minik avtomobilinə də ziyan dəyib. Həmçinin sürücü də xəsarət alıb.

Hadisə yerindən olan görüntüləri təqdim edirik.