Bakıda kişi bahalı maşınla qızı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

“99 HS 630” dövlət nömrə nişanlı, “Mercedes GL-550” markalı avtomobilin sürücüsü Yolçu Şükürov Buzovna qəsəbəsində Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.