Vergilər Nazirliyi aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışının qarşısını almaqdan ötrü reydlər keçirir.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Növbəti reyd Ağsu rayonunda keçirilib. Rayonda fəaliyyət göstərən “Qradus 40” MMC-nin istehsalat sahəsində və Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Fidan” istehsalat müəssisəsində reydlər keçirilib.
Reydlər zamanı müəssisələrdə külli miqdarda sənədsiz spirtli içkilər aşkar edilib.
Daha ətraflı video reoprtajda: