Türkiyənin Əskişəhər bölgəsində 17 günün gəlini həyat yoldaşını ürəyindən bıçaqlayıb.
Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərinin qətlinə səbəb olan Semra Çolak açıqlamasında "evdə mübahisə edərkən bıçağı atdım, təsadüfən ürəyinə tuş gəldi" deyib.
Dərhal xəstəxanaya aparılan Yunus Çolak hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini bildirib. O, təsadüfən bıçağın üzərinə düşdüyünü deyib.
Hadisədən şübhələnən polislər Yunus Çolakın həyat yoldaşını sorğuya çəkib. Bu zaman cinayətin üstü açılıb. Semra evdə əriylə mübahisə etdiyini və ona bıçaq atdığını etiraf edib. Onlar evlənməmişdən əvvəl ailələr arasında yaranan problemi mübahisə ediblər.
Yaralanan ərin həyatını xilas etmək mümkün olmayıb.