Firəngiz Fətəliyeva Göyçay Rayon Prokurorluğundan şikayətçidir.
Reportyor.info şikayət ərizəsini olduğu kimi sizə çatdırır: Yazıb sizə bildiriəm ki, mənim övladım Fətəliyev Anar Tahir oğlu intihar həddinə çatdırıldığı üçün özünü asaraq öldürmüşdür.
Buna görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə Göyçay rayon prokurorluğunda saxtakarlıqla, qanunszuluqla ibtidai istintaq aparılır. Belə ki, ibtidai istintaqı aparan Göyçay rayon prokurorluğu öz maddi maraqlarına görə oğlum Anarı özünü üldürmə hədinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxlamışdılar. Hansı ki, oğlum Fətəliyev Anarın intihar həddinə təqsirləndirilən şəxs Məryəm tək yox onun qızı Günel, oğlu Rizvan və kürəkəni Zaur Nuriyev əlbir olub çatdıraraq bu cinayəti törədiblər.
F.Fətəliyeva deyir ki,adların qeyd etdiyim həmin 4 nəfər şəxs 20 iyul 2018-ci il tarixdə oğlum Anarın evinə basqın edib onu vəhşicəsinə döymüşdülər.Oğlum həmin vaxt ağır xəsarət alsada Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Göyçay rayon hüquq mühav zə orqan əməkdaşları ilə əlbir olub cinayət hadisəsinin üstünü ört-basdır etmişdilər.
Həttda Göyçay Rayon Polis Şöbəsində oğlumu hədələyib demişdilər ki, səni etdiyin əmələ görə həbs edəcəklər və türmədə zorlayacaqlar. Oğlum Anar vəhşicəsinə döyülüb xəsarət almasına baxmayaraq günahkarların açıq-aşkar müdafiə olunmasından, həbsə atılıb zorlanması ilə hədələnməsindən vahilənib intihar etmişdir.Oğlum Anarı intihar həddinə çatdıran Məryəm, onun qızı Günel, oğlu Rizvan və kürəkəni Zaur Nuriyev olmaqla yanaşı həmçinin polis əməkdaşları olmuşdular.Bunu isə təsdiq edən konkret və mötəbər subutlar var.Ancaq cinayət işini aparan Göyçay rayon prokurorluğu bir qrup şəxsi cinayət məsuliyyətindən yayındırıb qanunsuzluq etmişdir.
Biz bu cinayət işinin Göyçay rayon prokurorluğunda aparılmasına etiraz edirik.
Mənim oğlumu özünü öldürmə həddinə çatdıran Məryəm, onun qızı Günel, oğlu Rizvan, kürəkəni Zaur olmaqla yanaşı həmçinin polislər olmuşdur. Bunu isə müəyyən etmək çox asan olsada Göyçay rayon prokurorluğu qanunları yox öz şəxsi maraqlarını ali tutub saxtakarlıq, qanunsuzluq edirlər.
Mən bir ağbirçək ana kimi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan müraciət edirəm; Oğlum Fətəliyev Anarın özünü öldürmə həddinə çatması ilə bağlı açılmış cinayət işinin Göyçay rayon prokurorluğundan alınaraq ibtidai istintaq edilməsi üçün başqa rayon prokurorluğuna verilməsinə tapşırıq verməyinizi və cinayəti törətmiş digər şəxslərində cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanunu tədbirlər görməyinizi xahiş edirəm.
Əlaqə telefonu; (050) 437-47-65