Sumqayıt şəhər 6 saylı orta məktəbin direktoru İradə Əliyeva Milli Qəhrəmanların şəkillərini zirzəmiyə atıb. Bildirib ki, şəkillər məktəbin girişində görkəmi korlayır. Sözügedən məktəbin müəllimləri və direktor müavini məsələyə etiraz edib. Nəticədə direktor müavini işdən çıxarılıb.