Müğənni Gülay Zeynallı Məşhəd ziyarətgahına gedən məşhurlar karvanına qoşulub. “Qafqazinfo” xəbər verir ki, sənətçi bir neçə gün əvvəl qızı Sahilə və yaxın rəfiqələri ilə İrana yollanıb.
“Məşədi xanım” olan sənətçi fotolarını instaqram səhifəsində paylaşaraq belə şərh yazıb: “Allah hamımıza yar və kömək olsun”.
Qeyd edək ki, bir çox şou-biznes nümayəndələri də Məşhəd ziyarətində olublar. Onların sırasında Nadir Qafarzadə, Elnur Məmmədov, Kərim Abbasov, Fatimə Fətəliyeva və b. var.