Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vilayət başçılarının toplantısında Münbiç əməliyyatının anonsunu verib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident Münbiçdə dağılan diqqətlərin yenidən toparlandığını və artıq Türkiyənin Fəratın şərqinə yönələcəyini söyləyib.
“Münbiçdə dayanmaqdansa, diqqətimizi və enerjimizi Fəratın şərqinə çevirməkdə qərarlıyıq. ABŞ Münbiç razılaşmasını bizi aldatmaq üçün alət kimi istifadə edir. Türkiyə buradan təhdid edilir, biz kimsəni təhdid etmirik. İŞİD-in bölgədə əməliyyatlar üçün bəhanə olaraq istifadə edildiyi ortaya çıxıb. İŞİD-ə verilən dəstəyin legitimləşdirilməsi üçün səylər davam edir”, - Türkiyə lideri deyib.