Əfqanıstan Silahlı Qüvvələrinə məxsus vertolyot Farah əyalətində qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotun göyərtəsində aralarında hərbi məmur və əyalət şurası üzvləri də olmaqla azı 25 nəfər olub. Heç biri sağ qalmayıb.
Qəzanın səbəbi hələ ki, bilinmir.