Sahibkar gömrük şefini belə ifşa etdi... - "Əvvəl alınan 1 manatın üstünə 40-50 qəpik də qoyublar"

AzBaku.org xəbər verir ki, Teref.az olaraq redksiyamıza göndərilən məktubu vergülünə nöqtsinə əl dəymədən oxuculara çatdırırıq. Şikayətçi Emil bəy yazır:

"Hörmətli redaksiya, yazdıqlarınızdan belə çxır ki, DGK-nə yeni təyin olunmuş sədr Səfər Mehdiyev Komitədə hansısa dəyişikliklər edəcək.... Yazdığınıza doğrudan da inanırsınız? Mən necə illərdir bu gömrükdən keçirəm. Özüm də olmasam, bizim mallar keçir. Həmişə də hər şeyin və hər kəsin haqqını verirəm. Əvvəl də belə olub, indi də belədir. Sizi inandırım ki, eyni adamlar və eyni üslüb görürəm.

Düzdür bəzi gömrükçülər dəyişir, əvvəl köhnələr fironluq edirdilər. İndi isə onları elə yeni gömrükçülər əvəz edib. Səfər Mehdiyev gələni isə heç nə dəyişməyib. Yenə haqqı alırlar. Daha da artırıblar. Əvvəl alınan 1 manatın üstünə 40-50 qəpik də qoyublar. Səfər Mehdiyev sadəcə yuxarılarda dəyişiklik edərək öz kadrlarını gətirdi. İş üslübu da, alınan rüşvətlər də öz yerindədir.

İnanmırsınızsa, bir dəfə gəlin, özünüz gömrükdən keçin. Onda görərsiniz. Amma elə gəlin ki, elə bilsinlər sadəcə vətəndaşsınız. Yoxsa o şou göstərən jurnalistlər kimi yox. Düşüb Səfər Mehdiyevin arxasına güya gömrüyü yoxlayırlar. Ay hay...

Həm də, hörmətli redaksiya, güya Səfər Mehdiyev bəyəm qıraqdan-zaddan gəlib? Elə o komitədə sədrin 1 ci müavini idi. Bütün o neqativ dediyiniz işlərin içində idi. Yoxsa o sədrin 1-ci müavini ola bilərdi? Ordan konvertdə hər ay böyük summalarda “paket” ala bilərdi? Ona görə nə özünüzü nə də bizi yormayın. Səfər Mehdiyev sadəcə öz komandasını yığır və yenə də gömrükdə bizim dərimizi soyurlar. Dedikıləri haqqdan 1 qəpik aşağı ver görüm, malın keçə bilir?
Hörmətlə: Emil"

AzBaku.org olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...