Rusiyada məktəb avtobusu minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

AzBaku.info apa-ya istinadən verdiyi xəbərə görə, məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, qəza zamanı minik avtomobilinin sürücüsü ölüb. Xəsarət alanların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.