Müğənni Elnarə Xəlilova ilə həmkarı Xatun Əliyeva arasında yeni qalmaqalın təməli qoyulub. “Qafqazinfo” xəbər verir ki, Xatunun şənbə günü “ATV maqazin onlarla” proqramında “Elnarəyə efiri qadağan edərdim. O, gedib evində otursun, uşaqlarına baxsın” deməsi qarşı tərəfi qıcıqlandırıb.
E. Xəlilova instaqramda geniş bir açıqlama yazaraq ad çəkmədən qarşı tərəfə cavab verib: “Allahım, sənə çox şükür. Mənə həyatda verdiyin hər şeyə görə təşəkkür. Nə yaxşı ki, məni hər zaman doğru yola yönəltmisən və yaxşı insanların əhatəsində etmisən. Nə yaxşı ki, bir qadının arzu edə biləcəyi hər şeyi mənə bu həyatda vermisən. Bəziləri bundan axirətədək həqiqətən məhrumdur və əslində onlara çox yazığım gəlir. Buna görə də hərtərəfli yazıq və əzik olmaq bu cür insanları həmişə paxıllıq etməyə sövq edir. Allahım, bizi hər zaman şeytanın şərindən qoru. Mərdimazarı yolumuzun üstündən uzaq tut. Allahım, bizi hər zaman doğru yola yönəlt və bu yoldan çıxmağa izin vermə.
Xoşbəxtliyimizin zərrəsindən onlara da ver, qoy, gözləri doysun. Pis nəfslərini üzərimizdən çək. Başlarını özlərinə elə qat ki, heç biz yadlarına düşməyək. Allahım, sən böyüksən, rəhmlisən. Onların günahlarını bağışla. Hər kəsə ürəyinə görə verirsən, çox şükür.
Fatimə Fətəliyeva, Natavan Həbibi- istəyirəm biləsiz ki, sizi çox sevirəm. Siz mənim üçün çox önəmli və dəyərlisiz. Allah sizin ailənizi - başda ailə başçınızı başınızın üstündən əskik etməsin. Allah başınızdan o qədər töksün ki, heç yığıb-yığışdıra bilməyəsiz. Pis gözlərdən uzaq, amin. Sadəcə gecə-gecə sizin üçün dua etmək gəldi içimdən. Sizi çox sevirəm. Allah sizi həmişə var eləsin”.
Bu məqamda bildirək ki, Elnarə ilə bağlı bir neçə gün bundan əvvəl Natavan Həbibi ilə küsülü olması barədə xəbərlər yayılmışdı. Sənətçi statusunda Natavanın adını çəkməsi ilə qarşı tərəflə münasibətinin qaydasında olduğunu işarə edib.
O, həmçinin Xatunun qalmaqal yaşadığı Fatimə Fətəliyevanın adını çəkərək onun üçün dua etdiyini bildirib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi