Azərbaycanda Aydan Vəliyeva adlı gənc qız enerji içkilərinin qurbanı olub.
BAKU.WS xəbər verir ki, energetik içki hədsiz çox içdiyindən sağlamlığında ciddi problemlər yaranıb, sonra da komaya düşüb.
Bir ay komada qaldıqdan sonra dünən gecə keçinib.
Aydan Vəliyeva Mədəniyyət və İncəsənət universitetinin məzunu idi. Bir sıra tədbirlərdə aparıcı kimi çıxış edirdi.
Tələbə yoldaşları sosial şəbəkədə yazırlar ki, energetik içki Aydanın əlindən düşmürmüş. Buna görə də onu redbull-lu qız kimi tanıyırdılar