Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 şəhid hərbi qulluqçunun 492 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edilib
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin bank hesablarına köçürülməsi təmin olunacaq.
Vəsait köçürüldükdən sonra bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək artıq 4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3981 şəhid üzrə 5474 vərəsəyə ödəniş edilib.