İçkili halda dava saldı, qulağı kəsildi - VİDEO

Spirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.
[quote][/quote]

Oxu.Az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib.

1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.

Analoji hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı mədənin yaxınlığında baş verib.

2002-ci il təvəllüdlü Məmmədov Taleh Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır.

Hər iki faktla bağlı araşdırma aparılır.