r

“Danışanı susdurmaq üçün oyunlar qurdu, nəticə faciə ilə yekunlaşdı” – Prokurordan prezidentə şikayət

Bir qrup Xocalı sakini prokurordan prezidentə şikayət edib. Criminal.az saytına da göndərilən müraciətdə deyilir:
“Cənab Prezident, sizə müraciət hazırlamağa bizi vadar edən keçmiş döyüş yoldaşımız, eyni zamanda vətən uğrunda canından keçməyi gözə alan və Qarabağ əlili olan mərhum Cavadov Əsgər Pənalı oğluna olunan haqsızlıq və onun bu gündə ailə üzvulərinə olunan basqı və mənəvi terror ilə bağlıdır. Bu ailəyə Cəlilabad rayon prokuroru Taryel Ələkbərov tərəfindən təzyiq 2017-ci ilin yanvar ayının əvvəllərindən başladı, bir rayonun prokuroru öz statusundan istifadə edərək mərhum Əsgər Cavadovun ailəsinə durmadan təzyiq edir və onları sizə, Mehriban xanıma və adiyyati qurumlara müraciət etməkdən çəkindirməyə məcbur edirdi.
“Danışanı susdurmaq üçün oyunlar qurdu, nəticə faciə ilə yekunlaşdı” – Prokurordan prezidentə şikayət

Hətta o ərəfələrdə irəli gedərək Bərdə rayon polis idarəsinə saxta təqdimat göndərərək keçmiş döyüşçünün bloqqer oğlu Səfər Cavadovun həbs olunmasına nail olmağa çalışırdı, hətta Səfər Cavadov Binəqədi rayonunda qeydiyatda olduğu halda Bərdə polisi ona cinayət işi açaraq Cəlilabad rayonuna göndərdi. Bunun qurama olduğu onda lap aydın olur ki, Səfər Cavadov Cəlilabatda qeydiyatda deyil və bu ailənin mağazasından olunan oğurluq isə digər qardaşı Cəfər Cavadova məxsusdu. Sadəcə Cəlilabad Rayon prokurou danışanı susdurmaq üçün bu kimi oyunlar qurdu, nəticə isə faciə ilə yekunlaşdı, Qarabağ döyüşlərində düşmənlə üz-üzə dayanıb vuruşan adam orda deyil, yaşının ahıl çağında 67 yaşında mənəvi terrorlara tab gətirməyərək yataq xəstəsinə çevrilərək 16 noyabr 2017-ci ildə dünyasını dəyişdi.
Cənab Prezident! Mərhum Cavadov Əsgərin altı oğlundan biri Cavadov Cəfərin, Cəlilabad rayonunda icarəyə götürüb işlətdiyi və nisyə şəklində gətirdiyi geyim əşyaları mağazası keçmiş qaynatası İlqar Quluyev və onun ailə üzvləri tərəfindən mütəşəkkil şəkildə oğurluğa və talançılığa məruz qalıb. Bünün təkzib olunmaz faktları, oğurluqda aktiv iştirak edən, Cəfər Cavadovun keçmiş həyat yoldaşı Ülviyyə Quluyevanın telefonundan çıxan səs yazısıdır, smartfon telefonun “record” proqramı bu ailənin oğurluğu necə etdiyini təsdiq edir, bunlar ailə olaraq oğurluğu necə etdiklərini nə qədər xərcləyə biləcəklərini müzakirə edir bu hadisəni gizlətməyin yollarını müzakirə edirlər. Bütün bu və ya digər faktlar olduğu halda Cəlilabad rayon prokuroru Taryel Ələkbərov oğru tərəflə sövdələşərək, zərər çəkənlərə belə xəbər vərmədən üç dəfə bu işi “araşdırıb” və qərara gəlib ki, burda oğurluq yoxdur, hansı kı əldə danılmaz faktlar var, hətta bu işi ilk araşdıran Cəlilabad rayon polis Şöbəsinin əməkdaşı Vidadi Əhədov qeyd edir ki, bu ailənin başçısı oğurluğu boynuna aldı, hətta polis ona deyib ki, “iki qızın da, arvadın da, özün də həbs olunacaqsan, camaatdan oğurladığın pulu və malı geri qaytar”.
“Danışanı susdurmaq üçün oyunlar qurdu, nəticə faciə ilə yekunlaşdı” – Prokurordan prezidentə şikayət

Səfər Cavadov
Biz bunları söz olaraq deyil faktlarda götürüb qeyd edirik, mərhumun oğlu bloqqer Səfər Cavadov polislə də aralarında baş tutan bütün telefon danışığını qeydə alıb və bu qeyd etdiklərimiz orda öz əksini tapır. Sadəcə Cəlilabadın prokuroru öz statsuna və arxasında duran şəxs və şəxslərə güvənərək bu günə kimi oğruların cəzalanmasına imkan vermir. Nəticədə isə zərbə yenə dövlətçiliyə deyir, vətəndaşın dövlətinə olan inamı itir, biz bir qrup Qarabağ döyüşçüsü və şəhid ailələri üzümüzü sizə tuturuq.
Biz əmin olmaq istəyirik ki, bu vətən döyüşçüsünə, Qarabağ uğrunda canının bir parçasını itrənlərə diqqətlidir. Mərhum Əsgər Cavadovun bu vətənə xidmət edən altı oğlu var, hər biri də vətənə olan borcunu qismən də olsa ödəyib, hərbi xidmətini təmas xəttindən edib, zərurət yaransa ölumədə hazırdırlar, ama bu gün bu ailəyə olunan təzyiq bu ailəni ölkədən küsdürür, səbəb isə budur ki, bunlar sussunlar.
Cənab Prezident! Qeyd edim ki, bu mağazadan olunan oğurluq nəticəsində Cəfər Cavadovun 50-dən çox sahibkara küllü miqdarda borcu yaranıb və hər an konflikt olacağından narahatıq. Və onuda qeyd edim ki, bu hadisə ilə bağlı araşdırma bir dəfədə Lənkəran rayon prokrorluğuna həvalə olunsa da, iş obyektiv araşdırılmadı demək olmaz, sadəcə utancverici və süründürməçilik hətta o qədər biyabrçı araşdırma oldu ki, hətta təqdim olunan oğruların səs yazısına belə baxış keçrilmədi və qərarda səs yazısı ilə bağlı heç bir qeyd aparılmayıb, heç bir vəsatət təmin olunmayıb, hətta ayı 400 manata kassir işləyən İlqar Quluyevin Kapital bankla Tərtər istiqamətinə 20 min manatdan çox pul köçürüldüyünə dair məlumat var və biz bunun cıxarılmasını tələb etsək də heç bir tədbir görulmədi. Sadəcə Cəlilabaddan gələn materiyalda müstəndiqin adın dəyişib təzədən qərar verdilər.
Cənab Prezident, onu da qeyd edək ki, bu yaxınlarda Baş prokurorun birinci müavini Rüstəm Usubov Əsgər Cavadovun ailə üzvlərini qəbul edib və işin ədalətli araşdırılacağını söz verib. Artıq Lənkaran rayon prokrorluğunun cıxardıgı qərar ləğv olunaraq işin yenidən araşdırılması Lənkaran prokurorluğuna həvalə olunub. Zərərçəkən ailə isə bu durumdan məmnun görunmur, çünki Lənkaran rayon prokurorluğunda iş ədalətli araşdırılsaydı zərərçəkənlərin bu gün bu narazılıqlar yaranmazdı, çünki işi ilkin araşdıran Cəlilabad rayon prokuroru Taryel Ələkbərovun, Lənkaran rayon prokuroru ilə six münasibətləri var. O üzdən Lənkaran prokurorluğu bu işə ədalətli yanaşa bilməz, hətda çıxardıgı qərarın ləğv olunmasına baxmayaraq, yənə də Lənkaranda işə xitam verən müstəntiq Orxan Duşdurova işin yenidən həvalə olunması qeyri ciddilikdir.
Sizdən Xahiş edirik ailənin maddi sıxıntıda olmasını, yolun uzaqlığını və işin daha obyektiv aparılması üçün, işin Bakı ətrafı rayonlardan birinə verilməsini və şəxsən işi öz nəzarətinizdə saxlayazınız.
“Danışanı susdurmaq üçün oyunlar qurdu, nəticə faciə ilə yekunlaşdı” – Prokurordan prezidentə şikayət
“Danışanı susdurmaq üçün oyunlar qurdu, nəticə faciə ilə yekunlaşdı” – Prokurordan prezidentə şikayət