Rusiyanın “Aeroflot” aviaşirkəti Böyük Vətən müharibəsində qələbənin 74-cü ildönümü münasibəti ilə cari ilin 3-12 may tarixlərində veteranların pulsuz daşınması üzrə ənənəvi aksiya keçirir.
Müstəqil.az “Report”a istinadən xəbər verir ki, aksiyanın keçirildiyi dövrdə Böyük Vətən müharibəsinin bütün kateqoriyadan olan veteran və əlilləri, həmçinin faşizmin keçmiş yetkinlik yaşına çatmayan məhbuslarına Rusiya daxilində istənilən marşrut üzrə, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Moldova, Gürcüstan və Rusiya Federasiyadakı bütün məntəqələr arasında pulsuz uçuş etmək imkanı veriləcək.
Qələbə bütün keçmiş SSRİ xalqlarının haqqı olduğundan, bayram aksiyası Azərbaycan da daxil olmaqla MDB dövlətlərində, eləcə də Baltikyanı ölkələrdə və Gürcüstanda yaşayan bütün veteran, əlil və faşizmin keçmiş yetkinlik yaşına çatmayan məhbuslarına şamil edilir.