Bakıda dəhşətli qətl hadisəsi baş verib.
AzBaku.org -ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Nardaran qəsəbəsində yanğınla bağlı müraciət daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildəki yanğını söndürüb. Bu zaman ev sahibəsi, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları nümayəndələri qadının boğularaq öldürüldüyünü və daha sonra meyitinin yandırıldığını, evə alovun da qadının yandırılması zamanı keçdiyini müəyyənləşdirilib.
İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin qadının oğlu Bağırov Tahir Cəfər oğlu tərəfindən törədildiyi aşkarlanıb və o tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Tahir Bağırov Nardaranda anasına məxsus olan evin həyətini satmaq istəyib. O, 4-5 sotluq ərazini satmaq üçün anasını dilə tutub. Lakin qadın torpağı satmaq istəmədiyini və alqı-satqı müqaviləsinə qol çəkməyəcəyini deyib. Anasını inadından döndərə bilməyən oğul onu boğaraq öldürüb və daha sonra meyitini yandırmaq qərarına gəlib.
Bildirilir ki, hadisəni törədən Tahir Bağırov işsiz olub. Hadisə zamanı onun həyat yoldaşı işdə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmlar davam etdirilir.Publika.az