Türkiyə ABŞ qarşısında GERİ ÇƏKİLDİ

Türkiyə idxal etdiyi ABŞ istehsalı 22 məhsula tətbiq olunan gömrük vergisində endirim edib.

Publika.az xəbər verir ki, sözügedən gömrük vergisi yarıbayarı endirilib.

Qərar Türkiyə Rəsmi Qəzetində yayımlanıb. Siyahıda meyvə, tütün, kosmetika məhsulları, spirtli içki, avtomobil, kağız məhsulları yer alıb.

Qeyd edək ki, ötən həftə ABŞ Türkiyə istehsalı polad və aliminium məhsullarına tətbiq olunan vergini 50% endirmişdi.

Xatırladaq ki, ABŞ-Türkiyə arasında diplomatik və siyasi gərginlik yaşanır. ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından narahatdır. Buna görə də rəsmi Vaşinqton Ankaranı müxtəlif sanksiyalarla təhdid edir. İqtisadiyyatına zərbə vurmağa çalışır.