Yuyucu toz aldılar, içindən görün nə çıxdı? - VİDEO

Goranboyda həyətlərdə normal qiymətinin yarısına yuyucu toz təklif edilib. Sakinlər də ucuz olduğu üçün həmin vasitədən alıblar. İstifadə etmək istədikdə məlum olub ki, qutunun içərisindəki yuyucu toz yox, duzdur.


Xəzər TV-nin məlumatına görə, Həsənovlar ailəsi də ucuzluğuna aldanaraq bu saxta məhsuldan alıb. Normal satışı qiymətindən 2 dəfə ucuz qiymətə satılan yuyucu tozdan İslah Həsənovun həyat yoldaşı 2 qutu alıb. İstifadə etmək istədikdə isə məlum olub ki, qutunun içərisindəki yuyucu vasitə yox, adi duzdur.

İslah Həsənov deyir ki, məsələni ictimiləşdirməkdə məqsədi digər vətəndaşların aldanmamasıdır. O, belə məhsulların satışdan çıxarılmasını vacib hesab edir.

Satış üzrə mütəxəssislər də deyirlər ki, əgər bir məhsul bazar dəyərindən xeyli ucuz qiymətə təklif olunursa, o məhsulu alarkən diqqətli olmaq lazımdır.