r

Baş nazirdən yeni qərar — Bu şəxslər 700 manat müavinət alacaq

Baş Nazir Novruz Məmmədov "İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.


AzBaku.org “Ölkə.Az”-a istinadən xəbər verir ki, qərarın 1-ci hissəsində "400” rəqəmləri "700” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, həmin qərara görə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət müəyyən edilirdi.
Dəyişikliyə görə bu məbləğ 700 manata qədər artırılıb.