PKK ilə atışma: Türkiyə iki şəhid verdi

Türkiyənin Tunceli vilayətində ötən gün təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.


“Habertürk” xəbər verir ki, silahlı qarşıdurma nəticəsində yaralanan dörd əsgərdən ikisi xəstəxanada ölüb.

Ərazidəki terrorçuları zərərsizləşdirmək üçün əməliyyat başlayıb. Əməliyyata Hərbi Hava Qüvvələrinin də dəstək verdiyi bildirilir.