Sabunçu rayonunda oğul anasına xəsarət yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə Zabrat 1 qəsəbəsində baş verib. Oğul öz anası, 1981-ci il təvəllüdlü Fətəliyeva Leyla Xalis qızına bıçaqla xəsarət yetirib.
Əlindən yaralanan L.Fətəliyeva dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, hadisə ana və oğlu arasında yaranan mübahisə zamanı baş verib.
Hadisənin təfərrüatı Sabunçu polisi tərəfindən araşdırılır.