Şou biznes əhli sadə vətəndaşı külli miqdarda ziyana saldı-Video

Bu günlərdə redaksiyamıza maraqlı bir vətəndaş müraciət edib. Yaşayış durumu ağır vəziyyətdə olan Cəlilabad rayonunun Musalı kənd sakini, Rəsulov Elməddin Sərraf oğlu şou biznes əhli olan Niyam Salamidən şikayətçi olduğunu bildirib. DogruXeber.az xəbər verir ki,min bir əzab-əziyyətlə satıcılıq edib ailəsinə bir tikə çörək qazanan E.Rəsulovu müğənni N.Salami və onun şəriki olan Emin adlı şəxs külli miqdarda ziyana salıblar. Məsələdə adları çəkilən şəxslər sadə vətəndaşa nə zaman və necə ziyan vurduqları barədə daha ətraflı məlumatları növbəti buraxılışlarımızda diqqətinizə çatdıracağıq. Hadisədə maraqlı olan məqam budur ki,məsələdən hüquq mühafizə orqanının da xəbəri ola-ola məsələ qaranlıq qalıb. Redaksiya olaraq apardığımız araşdırma zamanı bir sıra maraqlı şəxslərin də adları ortaya çıxıb. Araşdırmamız davam etdiyi üçün ətraflı məlumat verə bilmirik. Odur ki, bizi izləməyə davam edin.