Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Avropada bir sıra görüşlər keçirəcək

Azərbaycanlı idmançı Alim Nəbiyevin Cedric Doumbe ilə döyüşünü izləməək məqsədilə Parisə gedən Dünya Azərbaycanlıları İttifaqının sədri və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Avropaya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.


AzBaku.org xəbər verir ki, Bu barədə məlumat Newscenter.az-a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Fizuli Məmmədovun Fransa, Avstriya və Benilüks ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə Avropa ölkələrində Rusiya Azərbaycanlıları İttifaqının nümayəndəliklərinin açılması məsələləri müzakirə olunacaq.