Seksual rəqsi Hadisəyə baha başa gəldi - VİDEO

Türkiyənin məşhur müğənnisi Hadisə hərəkətləri ilə yenidən “hadisə” yaradıb. Belə ki, sosial media fenomeni Reynmenin “Ela” mahnısının sədaları altında seksual rəqsi ona baha başa gəlib.


Məlumata görə sənətçi “Fanta”nın reklamında yer alsa da, “Lipton” şirkətinin siması olan Reynmenin mahnısını paylaşması “Fanta” şirkətinin rəhbərliyini yaman qəzəbləndirib.

Rəhbərlik Hadisənin bu hərəkətinin yalnış olduğunu bildirərək müğənniyə xəbərdarlıq edib.

Hadisə bu hərəkəti ilə Reynmenə dəstək verdiyini bildirib.

Qeyd edək ki, Reynmenin son ifaları “YouTube”da ən çox dinlənilən mahnılar sırasına düşüb.

oxu.az