Bakıda qətl törədilib.
AzBaku.org APA TV-yə istinadla məlumat verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.
Cinayət qısqanclıq zəminində baş verib. Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub. Qətlə yetirilən şəxsin anası Gülzar Bağırova deyir ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl qızının evinə gələrək, yatdığı yerdə boyun nahiyəsindən vurub: