Sirli general kürdlərlə 3 dəfə görüşüb - “Sizi dağa geri göndərməmək üçün...” Kərkük əməliyyatının PƏRDƏARXASI

Şimali İraq Kürd Muxtariyyatında keçirilən referendumdan sonra Kərkükün azad edilməsi uğrunda əməliyyatla bağlı müxtəlif məlumatlar yayılır.

Azbaku.info cebhe.info-ya istinadla xəbər verir ki, Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyatda adı çəkilən iranlı general Qasım Süleymaninin kürd liderləri ilə 3 dəfə görüşdüyü deyilir. Mətbuatın yazdığına görə, Süleymani onlarla hər dəfəki görüşündə bölgəni tərk etməyi, əsk təqdirdə əməliyyat keçiriləcəyini deyib.

“Reuters” agentliynin məlumatına görə, İran İnqilab Keşikçiləri Ordusunun xarici əməliyyatlardan məsul olan generalı Qasım Süleymani əməliyyatın anonsunu günlər əvvəldən verib.

Kürdüstan Yurdsevərlər Birliyinin rəhbərliyilə görüşən generalın onlara "İraq baş naziri Heydər əl-Abadi həm regionun, həm də Qərbin dəstəyinə sahibdir. Əgər qərar verərsə, sizi dağa geri göndərməmək üçün onun qarşısını alacaq heç bir qüvvə yoxdur",-deyib.

Azbaku.info