Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış.
O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: "Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.