Bakıda kişi həyat yoldaşını küçənin ortasında bıçaqlayarq qətlə yetirib.
AzBaku.org Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, ağır cinayət paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün saat 18 radələrində Biləcəri qəsəbə sakini 33 yaşlı Nicat Əmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib. 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Nicat Məmmədov saxlanılıb və rayon prokurorluğuna təhvil verilib.
Məlumata görə, həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Nicat həyat yoldaşı Leyla Məmmədova arasında mübahisə yaranan vaxt onlara müdaxilə etsə də, bu mümkün olmayıb. Meytin müayinəsi zamanı məlum olub ki, Nicat Məmmədov həyat yoldaşının sinə və boğaz nahiyələrinə 20-dən artıq bıçaq zərbəsi vurub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, cinayətin dəqiq səbəbləri araşdırılır.