Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzBaku.org AzərTac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:
Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin".
APA-nın xəbərinə görə, Prezidentin daha bir sərəncamına əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.