Azərbaycanlının maşınını qaçıran şəxs Cəhənnəm Dərəsində ələ keçdi - ANBAAN VİDEO


Antalyada azərbaycanlının avtomobili oğurlanıb.


Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Halil D. adlı şəxs Antalyanın Korkuteli rayonunda azərbaycanlı Bəxtiyar Muradova məxsus fermaya gəlib.

Halil D. oradan çıxdıqdan sonra fermanın önündəki avtomobili qaçırıb. Bundan xəbər tutan Bəxtiyar Muradov isə digər avtomobilinə minərək onun dalınca düşüb.

Onlar 10 kilometr getdikdən sonra Bəxtiyar Muradov Halil D.-nın sürdüyü avtomobilin önünü kəsib.

Bəxtiyar Muradov avtomobilindən enərək əlini Halil D.-nin qaçırdığı maşının pəncərəsindən içəri salıb açarı çıxarmağa çalışıb. Lakin Halil D. üzərindəki tapança ilə onun əlinə vurub və qaçırdığı avtomobili sürməyə davam edib.

Sonda isə polis və jandarma 30 kilometr təqib etdikdən sonra Halil D. Cəhənnəm Dərəsi adlanan ərazidə qəzaya düşüb. Polisə müqavimət göstərən Halil D. polisin xəbərdarlıq atəşindən sonra saxlanılıb.