r

Buynuzları dolaşmış maralları mişar vasitəsi ilə xilas etdilər - VİDEO

ABŞ-da 2 maral döyüşən zaman buynuzları dolaşıb.


“UNİAN” xəbər verir ki, Miçiqan ştatının sakini Mark Conson heyvanların acizliyni görüb onlara kömək etmək qərarına gəlib.

Bunun üçün o dostlarını çağırıb və onlar birlikdə maralları caya tərəf qovublar.

Kişilərdən biri özü ilə ağac kəsmək üçün istifadə olunan mişar gətirib. Onun vasitəsi ilə maralları bir-birindən ayırmaq mümkun olub.